OYU mənbəsindən inteqrasiya olunmuş məzmun
Erasmus+ layihəsi
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib. MDU koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universitetidir.
Layihənin adı “Azərbaycan ali təhsilində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan – ENGAGE)
Layihənin məqsədi ⦁ Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi ⦁ Akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi ⦁ İnnovativ yanaşmanın təkmilləşdirilməsi
Layihə çərçivəsində reallaşdırılacaq əsas tədbirlər ⦁ Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin təcrübəsinin öyrənilməsi ⦁ Layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlərin təşkil edilməsi
Layihənin büdcəsi ⦁ 800 min Avro
Layihənin müddətti ⦁ 36 ay (2023-2025)
Layihənin koordinatoru ⦁ Mingəçevir Dövlət Universiteti

