OYU mənbəsindən inteqrasiya olunmuş məzmun
Beynəlxalq konfranslar
OYU, “Zadənin İrsi və Süni İntellekt” Assosiasiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Texas Universiteti (San Antonio, ABŞ), Alberta Universiteti (Kanada), Toronto Universiteti (Toronto, Ontario, Kanada), Kaliforniya Universiteti, Berkli (Berkli, ABŞ), Polşa Elmlər Akademiyası, Sistem Araşdırmaları İnstitutu (Polşa), Yaxın Şərq Universiteti (Şimali Kipr) ilə birlikdə “Qeyri-səlis sistemlər və Softcomputing nəzəriyyəsi və tətbiqləri” və “Softcomputing, Sözlər, Hesablamalar və Qavramalar nəzəriyyəsi və tətbiqləri,” adlı Beynəlxalq konfrans təşkil etməkdədir. Bu konfranslar hər il təşkil olunur və qeyri-səlis məntiqinin yaradıcısı Professor Lütfi Zadəyə həsr olunur. Almaniya, Fransa, İran, İtaliya, Avstriya, Macarıstan, Polşa, Çexiya, Türkiyə, Monteneqro, Özbəkistan və digər ölkələrdə keçirilən bu konfranslarda OYU-nun bir çox alimləri müxtəlif səviyyələrdə, həmsədr, təşkilat komitəsində və iştirakçılar qismində iştirak edirlər.
www.icafs2022.com
